5 Noyabr 2024 22:16
4 396
Son günlər Qazaxıstanın Mangistau vilayətində Xəzər dənizinin sahilində xeyli sayda ölü suiti qeydə alınıb.
Xalqcebhesi.az Azərtac-a istinadla xəbər verir ki, sahildə daha 121 ölü suiti aşkar edilib.
Oktyabrın 24-dən 29-dək sahilboyu monitorinqlər zamanı 289 baş heyvanın öldüyü aşkar edilib. Bu bölgədə suitilərin ölüm halları əvvəllər də qeydə alınıb.
Dəniz canlılarının ölüm səbəbləri müvafiq laboratoriya araşdırmalarından sonra məlum olacaq.
18:03
497
17:07
497
14:12
721