Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
11 Noyabr 2024 11:47
3 276
Bu gün biz COP29-a maliyyə məsələsini müzakirə etmək üçün toplaşmışıq. Azərbaycan COP29-a sədrliyi ilə bütün tərəflərin müzakirə aparması və uğurlu nəticə əldə etməsi üçün ümumi bir məkan yaradıb. Biz iqlim dəyişikliyi ilə bağlı hər kəslə dialoqa başlamağa tam hazırıq.
Bunu APA-ya açıqlamasında İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi səfiri Fransesko Korvaro deyib.
O, iqlim maliyyəsi sahəsində "Yeni Kollektiv Kəmiyyət Hədəfi" (NCQG) üzrə yeni qərar əldə etməyi gözlədiklərini bildirib:
"NCQG yeni bir hədəfdir və iqlim məsələsini maliyyələşdirməyi hədəfləyir. İqlim maliyyəsi fonduna nə qədər vəsaitin daxil edilməsini müzakirə edəcəyik. Maliyyənin həcmini müzakirə edəcəyik. Bizim həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrlə çoxlu müzakirələrimiz var. Bilirəm ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün 1 trilyon ABŞ dollarından çox vəsait lazımdır. Buna görə də danışıqlar çoxşaxəli və mürəkkəbdir. Özəl sektoru bura cəlb etmək lazımdır. Düşünmək lazım deyil ki, təkcə dövlətlər bu qədər həcmdə vəsaiti təmin edəcəklər. Hazırda iqlim problemləri barədə danışıqlar aparılır. Konkret nəsə demək çətindir. İtaliya və Avropa İttifaqı bu iqtiqamətdə ambisiyaları artırmağı hədəfləyir. COP hərtərəfli bir sazişdir. Biz ümumi bir dil tapmalı və ortaq bir ideya formalaşdırmalıyıq", - deyə italiyalı qonaq əlavə edib.
15 Sentyabr 16:25
854
15 Sentyabr 14:01
840
15 Sentyabr 13:39
875