AAYDA-nın tunel tikintisi metroda xətlərin ayrılması layihəsində dəyişikliklərə səbəb olub
Ermənistan XİN: Yaxın zamanda Azərbaycanla sülh müqaviləsi imzalamağa ümid edirik
Ceyhun Bayramov Çin XİN rəhbəri ilə regional və beynəlxalq məsələləri müzakirə edib - YENİLƏNİB
İfşa olunmamaq üçün oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanıldı - VİDEO
21 Noyabr 2024 11:41
2 555
Ölkə üzrə 1 oktyabr 2024-cü il tarixə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 98 min nəfər təşkil edir.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, onlardan 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə görə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır: "2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələmişdir, bu meyl gələn ildə də davam edəcək.
2024-cü ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 368 milyon manat və ya 29,9% çoxdur.