
Avstraliyada köpək balığı dəhşəti: Sörfçü həyatını itirdi
6 Sentyabr 17:55
6 Sentyabr 17:55
6 Sentyabr 17:49
6 Sentyabr 13:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Dekabrın 6-da Bakı Dövlət Universitetində (BDU) “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər arasında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin müasir informasiya metodları ilə təbliği” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Tədbirdə çıxış edən natiqlər, əsasən, Qərbi Azərbaycan mədəniyyəti və tarixinin gənclər arasında daha geniş şəkildə təbliği ilə bağlı müxtəlif mövzuları müzakirə ediblər. Onlar, həmçinin, müasir informasiya texnologiyalarının və sosial medianın bu sahədəki rolunu vurğulayaraq, gəncləri Qərbi Azərbaycan mədəniyyətinin qorunması və inkişafına dəvət ediblər. Onlar, həmçinin, Qərbi Azərbaycanın tarixi şəxsiyyətləri, mədəni irsi və sosial-media platformalarında bu mövzularla bağlı məlumatların genişlənməsi məsələlərinə toxunublar.
Sonda “Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan –gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirildi.