

4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rəsmi qeydə alınmış nikahda olan anaların yaşına görə 2023-cü ildə diri doğulan uşaqların sayı 96998 nəfər olub. Onlardan 1011-i beşinci (və daha çox) uşaqdır.
Xalqcebhesi.az Bizim.media-ya istinadla xəbər verir ki, uşaqların 122 nəfəri 15-17 yaşlı yeniyetmələr tərəfindən dünyaya gətirilib. Onlardan 2-si bu yaşda olan yeniyetmələrin ikinci uşağı olub. Bundan başqa, 50 və daha yuxarı yaşda olan qadınlar tərəfindən 84 uşaq dünyaya gətirilib. Onlardan 1-i beşinci (və daha çox) uşaqdır, 55-i isə ilk uşaqlarıdır.
Qeyd edək ki, ən çox doğuş 20-24 yaş aralığında olan qadınlarda qeydə alınıb. Onların sayı 31719 uşaq olub. Maraqlısı budur ki, bu yaş aralığında olan analar tərəfindən dünyaya gətirilən 22 uşaq onların beşinci (və daha çox) uşağı olub. 164-ü isə dördüncü uşağı olub.