XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub
11 Aprel 2025 11:18
2 968
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41 ünvanında yerləşən 3031 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib.
APA xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman tarixi tikilinin birinci mərtəbəsində qanunsuz təmir işlərinin aparıldığı müəyyən edilib.
Aparılan icazəsiz təmir işləri sakinlərin də narazılığına səbəb olub.
Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşlarının müdaxiləsi ilə qanunsuz təmir işlərinin qarşısı alınıb.