Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
11 Sentyabr 17:16
1 757
Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəzi təşkilatların qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi ilə bağlı birgə bəyanatı ictimai müzakirələrə səbəb olub.
QHT.az xəbər verir ki, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev məsələ ilə bağlı sərt mövqeyini bildirib:
“Bu kimi hallar çox utancvericidir və bunu edənlər anlamalıdırlar ki, dövlətin qanunları var və dövlətimizin təsis etdiyi medallar var. Onlara paralel medal hazırlamaq özü qanunsuz əməldir”, – deyə o vurğulayıb.
Ramil Əliyev qeyd edib ki, QHT-lərin əsas məqsədi ictimai fayda vermək, cəmiyyətin inkişafına dəstək olmaqdır.
Qeyd edək ki, ötən dövrdə dəfələrlə bəzi QHT-lərin bu cür saxta orden və medallar təsis etməsi və təqdim etməsi barədə məlumatlar yayılıb, bu məsələ ilə bağlı narazılıqlar gündəmə gəlib.
26 Oktyabr 15:28
1 148
25 Oktyabr 17:16
1 442
25 Oktyabr 16:42
1 883