Əhməd Əl Şaraa Prezident İlham Əliyevə zəng edib, təmasların davamı ilə bağlı razılıq əldə olunub
Füzulinin Qarğabazar kəndindəki karvansara və məscidin təmiri üçün satınalma proseduruna başlanılıb
Stubb Azərbaycan Prezidentinə zəng vurub, İranın hücumu ilə əlaqədar dəstəyini ifadə edib
Niderland İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürüb
14 Noyabr 2025 14:17
2 856
Türkiyənin "Gələcəyə nəfəs!" çağırışı ilə hər il təşkil olunan ağacəkmə aksiyasına dəstək olaraq bu il də Azərbaycanda genişmiqyaslı ağacəkmə tədbirləri təşkil olunub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Belə ki, Abşeron yarımadasında və ölkənin meşə fondu torpaqlarında keçirilən aksiyalar zamanı bir gündə ümumilikdə 111 min 111 ədəd ağac əkilib.
Qeyd edilib ki, bu aksiyalar 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində Azərbaycanın qlobal ekoloji təşəbbüslərə dəstəyini, ekoloji məsuliyyətini, eləcə də yaşıl inkişaf və davamlı gələcək naminə atdığı ardıcıl addımları bir daha nümayiş etdirir.
Azərbaycan 2020-ci ildən başlayaraq Türkiyənin "Gələcəyə nəfəs" ağacəkmə təşəbbüsünə qoşulub və hər il ölkənin bütün bölgələrində kütləvi ağacəkmə aksiyaları keçirilir.