15:37
658
44 günlük Vətən müharibəsi başa çatdıqdan bu yana 412 nəfər mina partlayışından zərər çəkib.
Bu barədə XİN məlumat yayıb.
"Minaların mülki şəxsləri hədəfə alması, bərpa və yenidənqurma prosesini ləngitməsi, eləcə də təhlükəsiz qayıdışı əngəlləməsi beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirilir.
Bu hadisə eyni zamanda genişmiqyaslı və sürətləndirilmiş mina təmizləmə əməliyyatları üçün beynəlxalq dəstəyin təcili zəruriliyini bir daha ortaya qoyur", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də mina hadisəsi baș verib. Agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.