“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
20 Noyabr 2025 13:44
1 834
Bu mükəmməl model yalnız qanunlarla deyil, daha çox xalqın adət-ənənələri, dini inancları və digər amillərlə bağlı olub. Dünyada gedən bir çox mənfi tendensiyalar təbii ki, Azərbaycanda ailə institutuna təsirsiz ötüşmür. Mənim qənaətimcə, uşaq hüquqları kiçik dövlət olan ailə institutunun tərkib hissəsidir.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Əkrəm Bəydəmirli deyib.
O, qeyd edib ki, bütün hallarda Azərbaycanın hüquq sistemi, oturuşmuş adət-ənənələr uşaq hüquqlarının maksimum təmin olunmasına zəmin yaradır. Onu da unutmamalıyıq ki, bu gün “sülh göyərçini” kimi özünü təqdim edən Ermənistanın təcavüzü nəticəsində xeyli sayda azərbaycanlı uşaq qətlə yetirildi, bəziləri əsirlikdə işgəncələrə məruz qaldı. Bu müharibədə, Xocalı faciəsi zamanı hər iki valideynini itirən uşaqlar oldu. Yəni bütün bunlar da uşaqların taleyi ilə bağlı yaddan çıxmayan acı tarixdir:
"Onu da qeyd edim ki, Rusiya-Ukrayna müharibəsində Azərbaycan çox böyük humanistlik göstərərək müharibədən zərər çəkmiş xeyli sayda ukraynalı uşağın Bakıdakı xəstəxanalarda müalicəsinə nail olub.
Hətta Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets mediaya açıqlamasında bildirmişdi ki, Azərbaycan müharibənin ilk günlərindən Ukrayna xalqına həmrəylik nümayiş etdirir. 2022-ci ildən Azərbaycanda ukraynalı uşaqlar üçün sağlamlıq və reabilitasiya proqramı icra olunur".
Cavid
9 Yanvar 17:52
1 050
9 Yanvar 16:51
1 001
9 Yanvar 16:49
1 050