İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 Yanvar 16:19
4 431
09 yanvar 2026-cı il tarixində Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Pirşağı qəsəbəsində sakinlərlə növbəti görüşünü keçirib. Görüş Pirşağı Bələdiyyəsində təşkil olunub.
Görüş zamanı qəsəbənin mövcud vəziyyəti və sakinlərin gündəlik həyatına birbaşa təsir göstərən məsələlər ətrafında geniş müzakirələr aparılıb. Söhbət zamanı infrastrukturun yenilənməsi, küçələrin işıqlandırılması, yolların asfaltlanması, ictimai nəqliyyatın təşkili, radarların və yol hərəkətinin tənzimlənməsi, eləcə də qəsəbə bağçasının əsaslı təmiri kimi mühüm istiqamətlər diqqət mərkəzində olub. Bununla yanaşı, ərazidə qurumuş ağacların təmizlənməsi, bəzi ağacların budanması və yaşıllıq zolaqlarının abadlaşdırılması məsələləri də gündəmə gətirilib.
Deputat Azər Allahverənov Pirşağı Bələdiyyəsinin səlahiyyətli nümayəndələri ilə birgə sakinləri narahat edən bu məsələlərin operativ və effektiv həlli yollarını müzakirə edib.
Görüşün məqsədi yerli səviyyədə qaldırılan problemlərin daha dərindən öyrənilməsi və müvafiq qurumlar qarşısında onların həlli ilə bağlı məsələ qaldırmaq olub.
Cavid
25 Mart 16:20
1 029
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 393