Ukraynanın Vinnitsa şəhərində partlayışlar olub
16 Oktyabr 17:33
16 Oktyabr 17:33
16 Oktyabr 14:33
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb -FOTO
Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
17 Mart 15:55
3 304
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin hüquqi idarəetməsində olan 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
FHN-dən verilən xəbərə görə, nazirliyin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən müəssisənin kollektivinə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.
Daha sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra yanğınsöndürənlər operativ qaydada “hadisə” yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş müəssisədə təxliyə planına uyğun olaraq, işçi və sakinlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.
16 Oktyabr 17:51
868
16 Oktyabr 16:57
798
16 Oktyabr 14:45
889










