Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
20 Aprel 16:34
1 820
“Hüquq və azadlıqların real təminatı onların dərk olunmasından və tətbiqindən asılıdır”.
Bu fikirləri deputat Fazil Mustafa “Xalqcebhesi.az”-a nə açıqlaması zamanı deyib.
O bildirib ki, bu məsələyə yalnız Konstitusiyaya ciddi əməl olunması kontekstində yanaşmaq lazımdır: “Konstitusiyada vətəndaşların bütün əsas hüquq və azadlıqları təsbit edilib. Lakin əsas məsələ ondan ibarətdir ki, insanlar bu hüquqlara necə yanaşır, onları nə dərəcədə anlayır və gündəlik həyatlarında tətbiq edə bilirlər. Bu, olduqca ciddi və fundamental məsələdir. Mövcud həyat şərtləri tələb edir ki, hər bir vətəndaş öz hüquqlarını bilsin, onları müdafiə etməyi bacarsın və bunu həyat prinsipinə çevirsin. Passiv mövqe sərgiləyən, öz hüquqlarından xəbərsiz olan insan üçün həmin hüquqların mövcudluğu formal xarakter daşıyır və praktiki əhəmiyyət kəsb etmir”.
Millət vəkili qeyd edib ki, hüquq anlayan üçündür, azadlıq onu dərk edən üçündür: “Əgər vətəndaş bu anlayışların mahiyyətini qavramırsa, onların nə mənəvi, nə də maddi baxımdan dəyəri olur. Ona görə də insanlar ilk növbədə öz hüquq və azadlıqlarını, eyni zamanda vəzifələrini dərindən anlamalı, daha sonra isə bu prinsiplərə uyğun davranmalıdırlar”.
Günel Elxan
14:49
637
13:54
805
10 May 13:50
1 449