14:04
826
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın qurucu üzvlərindən olan Hüseynağa Qəniyevi 85 yaşının tamam olması münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli Hüseynağa bəy! Sizi 85 illiyiniz münasibəti ilə təbrik edirəm.
Siz, 85 illik ömrünüzün böyük hissəsini Azərbaycan dövlətçiliyinə və xalqına xidmətə həsr etmisiniz. Müstəqilliyimizin ilkin və ən çətin dönəmlərində göstərdiyiniz mübarizlik əzmi və prinsipiallığınız örnək nümunələrdəndir. Azərbaycan siyasi səhnəsində istər millət vəkili, istərsə də partiyamızın rəhbərliyində təmsil olan şəxs kimi uğurlu fəaliyyətlə yadda qalmısınız.
Ahıl yaşlarda belə yazdığınız çoxsaylı elmi-bədii əsərlər Azərbaycan ictimai-siyasi mühiti üçün vacib əhəmiyyət daşıyır.
Dəyərli Hüseynağa bəy!
Sizi bir daha təbrik edir, möhkəm cansağlığı arzulayıram!".