Ukraynanın Vinnitsa şəhərində partlayışlar olub
16 Oktyabr 17:33
16 Oktyabr 17:33
16 Oktyabr 14:33
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb -FOTO
Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
1 May 16:45
3 633
“Süni intellektin sürətlə həyatımıza daxil olması təhsildə uzun illər hökm sürən “yaddaş məktəbi” modelini artıq faktiki olaraq sıradan çıxarıb”.
Bunu Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənliaçıqlamasında söyləyib.
O bildirib ki, Ensiklopedik biliklərin şagirdin yaddaşına yüklənməsi bu gün həm vaxt itkisi, həm də mənasız yükə çevrilib: “Şagirdin aylarla əzbərlədiyi məlumatı bu gün süni intellekt saniyələr içində, daha sistemli və əlçatan formada təqdim edir. Bu reallıq fonunda təhsil sistemi köklü şəkildə yenilənməlidir.
Kurikulumun əsas istiqaməti “nəyi bilmək”dən “məlumatı necə tapmaq və necə yoxlamaq” müstəvisinə keçməlidir. Artıq şagirdə faktları əzbərlətmək yox, həmin faktların doğruluğunu yoxlamaq, süni intellektin verdiyi cavablardakı mümkün səhvləri aşkar etmək bacarığı öyrədilməlidir. Əsas hədəf tənqidi təfəkkürün formalaşdırılmasıdır”.
Əmrah Həsənli vurğulayıb ki, təhsil sistemi şagirdi informasiya daşıyıcısı kimi deyil, həmin informasiyanı analiz edən və ondan yeni məhsul yaradan fərd kimi yetişdirməlidir: “Şagird süni intellektdən aldığı məlumatı emal etməyi, faydalını faydasızdan ayırmağı və öz yanaşmasını əlavə etməyi bacarmalıdır. Gələcəyin uğurlu insanı hər şeyi bilən yox, düzgün seçən və idarə edən olacaq”.
O, həmçinin qiymətləndirmə sistemində də dəyişikliklərin vacibliyini qeyd edib: “Artıq nəticəyə yox, prosesə qiymət verilməlidir. Şagirdin cavaba necə gəldiyi, hansı analiz üsullarından istifadə etdiyi əsas meyar olmalıdır. Bu, təhsildə keyfiyyətə keçidin əsas şərtidir”.
Ekspertin fikrincə, bu dəyişikliklər müəllimin rolunu da yenidən müəyyənləşdirir: “Müəllim artıq yalnız məlumat verən yox, rəqəmsal mühitdə istiqamət göstərən mentor funksiyasını yerinə yetirməlidir. Əks halda, biz süni intellekt qarşısında passiv və asılı bir nəsil yetişdirmiş olarıq”.
Günel Elxan
16 Oktyabr 17:51
826
16 Oktyabr 16:57
763
16 Oktyabr 14:45
847