Ermənistan və Böyük Britaniya strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb
Kəmaləddin Heydərov Xankəndi şəhərində vətəndaşları qəbul edib
"Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə kolleclərə tələbə qəbulu aparılmayacaq
"Azərbaycan Sənaye Korporasiyası"nın özəlləşdirilmiş müəssisə və obyektlərinin sayı açıqlanıb
Dövlətə xəyanətdə ittiham olunan şəxs 16 il azadlıqdan məhrum edilib
14:35
693
Azərbaycan İnnovasiya Mərkəzində “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən üzvlər üçün “Yaddaş texnikaları ilə effektiv öyrənmə” mövzusunda təlim-seminar təşkil olunub.
Xalqcebhesi.az xəbər verir ki, təlimin əsas məqsədi iştirakçıların yaddaş potensialını gücləndirmək, məlumatları daha sürətli və effektiv mənimsəmə üsullarını öyrətmək, diqqət və konsentrasiya bacarıqlarını inkişaf etdirmək, həmçinin müasir yaddaş texnikalarının tətbiqi ilə öyrənmə prosesini optimallaşdırmaq olub.
Təlimi peşəkar təlimçi Mirşahin Əlizadə aparıb. O, iştirakçılara yaddaşın işləmə prinsipləri, assosiasiya və vizuallaşdırma texnikaları, sürətli öyrənmə strategiyaları, eləcə də gündəlik həyatda tətbiq oluna bilən praktik metodlar barədə həm şəxsi təcrübəsinə, həm də beynəlxalq praktikaya əsaslanan ətraflı məlumat verib.
Seminar interaktiv formatda keçirilib. Praktiki tapşırıqlar və fikir mübadiləsi iştirakçıların öyrəndiklərini tətbiq etməsinə və fərdi inkişaf planlarını formalaşdırmasına geniş imkan yaradıb.
Sonda təlimçiyə təşəkkürnamə təqdim olunub, iştirakçılarla xatirə fotosu çəkilib.



