10:40
490
Media xalqların kimliyinin, tarixinin və hüquqlarının qorunmasında mühüm rol oynayır.
Teleqraf xəbər verir ki, bunu Kanada Siqh Federasiyasının sədri Bual Moninder Sinqh “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, azlıq xalqlarının səsi beynəlxalq informasiya məkanında çox vaxt kölgədə qalır:
“Yerli media insan hüquqları pozuntularını sənədləşdirən, tarixi yaddaşı qoruyan və diqqətdən kənarda qalan məsələləri gündəmə gətirən mühüm platformadır”.
O vurğulayıb ki, dekolonizasiya xalqların öz tarixini və həqiqətlərini özlərinin danışmaq hüququnun bərpasıdır.