Çinin süni intellekt  sahəsindəki təcrübəsi digər ölkələrə tətbiq edilə bilərmi? Cəmiyyət

Çinin süni intellekt  sahəsindəki təcrübəsi digər ölkələrə tətbiq edilə bilərmi?

Birləşmiş Millətlər Təşkilatının Cenevrədə süni intellekt idarəçiliyi üzrə ilk Qlobal Dialoqunu keçirməsindən bir neçə gün sonra, 29 ölkə Şanxayda Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının (WAICO) təsis müqaviləsini imzaladı və Ümumdünya Süni İntellekt Konfransı (WAIC) da bir sıra idarəetmə nəticələrini ortaya qoydu: Çin və Britaniya qurumları ilə birlikdə hazırlanmış BMT-nin sənaye süni intellekt idarəçiliyi çərçivəsi, süni intellekt agentləri arasında qarşılıqlı fəaliyyət və etimad təşəbbüsləri, süni intellekt etikası üzrə beynəlxalq fəaliyyət planı və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün təlim və əməkdaşlıq barədə Çinin öhdəlikləri və bir çox digər məsələlər.

Bunu xalqcebhesi.az-a BRISD Qaiser Navab deyib.

"Bütün bunların arxasında Çin, heç bir digər ölkənin cəhd etmədiyi miqyasda süni intellektlə bağlı daxili qaydaların hazırlanması və tətbiqi istiqamətində illərlə iş aparıb.

Beynəlxalq Süni İntellektin İdarə Edilməsi Assosiasiyasının sədri Con Higgins WAIC tədbiri çərçivəsində bildirib: "Bu prinsiplərin bəziləri artıq kifayət qədər möhkəmlənib. Dünyanın demək olar ki, hər yerində ortaq prinsiplər ətrafında bir yaxınlaşma müşahidə olunur. İndi isə biz həmin prinsiplər üzərində yeni addımların atıldığını görürük". - Navab qeyd edib.

Onun sözlərinə görə, süni intellektin idarə olunması üzrə forumda Tsinghua Universitetinin İctimai Siyasət və İdarəetmə Məktəbinin dekanı Zhu Xufeng iki yanaşmanı təsvir etdi: "Birincisi, siyasətin yayılmasıdır: öz qaydalarını hazırlayan hökumətlər Çinin təcrübəsini öyrənir və onu bütövlükdə deyil, tədricən mənimsəyərək seçmə qaydada tətbiq edirlər. İkincisi isə heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilmədiyi problemlərlə bağlı çoxtərəfli əməkdaşlıq çərçivəsində tənzimləmə qaydalarının birgə hazırlanmasıdır.

Hər iki yanaşma mahiyyət etibarilə seçici xarakter daşıyır — hökumətlər özlərinə uyğun gələnləri götürürlər — və bu, tələb tərəfinin öz ehtiyaclarını müəyyənləşdirmə tərzi ilə üst-üstə düşür.

Çinin Şanxayda etdiyi elanlar məhz bu ardıcıllığı izləyirdi: növbəti beş il ərzində inkişaf etməkdə olan ölkələr üçün süni intellekt sahəsində 5000 təlim yerinin ayrılması; ASEAN, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, CELAC, ŞƏT və BRICS ilə beynəlxalq süni intellekt tətbiqi üzrə əməkdaşlıq mərkəzlərinin yaradılması; həmçinin Çinin süni intellektə əsaslanan meteoroloji erkən xəbərdarlıq sistemi olan "Mazu"nun 30 ölkədə tətbiq edilməsi".

Cavid