Güney azərbaycanlı ailə Urmu gölü ilə bağlı aksiyaya başlayıb Güney Azərbaycan

Güney azərbaycanlı ailə Urmu gölü ilə bağlı aksiyaya başlayıb

Şərqi Azərbaycan əyalətinin Marğa şəhərindən olan 63 yaşlı Rəhim Məhəmmədrzayi və onun xanımı Urmu gölünün acınacaqlı durumuna diqqəti cəlb etmək üçün 22 günlük yürüşə başlayıblar.

Urmu gölünün çevrəsində baş tutacaq 700 kilometrlik yürüş zamani onlar 16 şəhərdən keçəcəklər.

Qızıl Aypara Cəmiyyətinin könüllüsü və çevrə fəalı olan Məhəmmədrzayi və xanımı dörd il bundan öncə eyni məqsədlə Marağa Kirmanşah arası məsafəni piyada qət ediblər.

Onlar 2024-cü ildə Urmu gölünün bərpasına diqqət cəlb etmək istəyi ilə Marağa-Şiraz və Şiraz-Paris yürüşünə başlamağı planlaşdırırlar.

Gunaz.tv