Ərdəbilin bir sıra kəndlərinin təhrif olunmuş adlarını bərpa edilib Güney Azərbaycan

Ərdəbilin bir sıra kəndlərinin təhrif olunmuş adlarını bərpa edilib

Bir qrup fəalı Azərbaycanın müxtəlif coğrafi bölgə, şəhər və kəndlərinin adlarının təhrif edilməsinə qarşı mübarizə məqsədilə Ərdəbil şəhərinin kənd və ətraf ərazilərinin təhrif olunmuş adlarını əks etdirən lövhələri dəyişdiriblər.

Milli fəallar adları təhrif edilərək farslaşdırılmış "Qəlecuq", "Həmlabad", "Xoşkerud", "Əmuqin və "Dəyuləq" kəndlərinin qədim adları olan "Qalacıq", "Himəlavar", "Xoşgörü", "Ağmiyan" və "Dəyulə" adlarını əks etdirən yeni lövhələr quraşdırıblar.

Qeyd edək ki, son illər türk dilində olan qədim yer adlarının dəyişdirilməsi və təhrif edilməsinə qarşı etirazlar çoxalıb.

Milli-mədəni fəallar müxtəlif aksiyalar Pəhləvilər dövründən başlayan və hazırkı rejim dövründə davam etdirilən farslaşdırma siyasətinə qarşı etirazlarını bildirirlər.

Gunaz.tv