“Traxtur” “İstiqlal”ı da əzdi Güney Azərbaycan

“Traxtur” “İstiqlal”ı da əzdi

Təbrizin "Traxtur" futbol komandası ilə Xuzistanın "İstiqlal" klubu arasında qarşılaşma təbrizli futbolçuların qələbəsi ilə yekunlaşıb.
İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 29-cu həftəsində keçirilən müsabiqənin 1-ci hissəsində "Traxtur" rəqib qapısına 1 qol vurub. Qol Kərim Ənsarifərd tərəfindən 14-cü dəqiqədə vurulub. Bu qoldan sonra oyunun sonuna qədər hesab dəyişməyib. Bununlada "Traxtur" - "İstiqlal" qarşılaşması 1-0 hesabı ilə "Traxtur"un xeyirinə sona çatıb.