Ərdəbilli bloqqer həbs edilib Güney Azərbaycan

Ərdəbilli bloqqer həbs edilib

Sentyabrın 7-də ərdəbildə bloqer sosial mediadakı paylaşımlarına görə həbs edilib.

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin prokuroru Calal Afaqi mediaya verdiyi açıqlamada bildirib.

Kimliyi barədə açıqlama verilməyən bloqqerin "müqəddəsləri təhqir etdiyi" iddia olunub.

Bildirilib ki, müttəhim həbsxanaya göndərilib və onun evində aparılan axtarış zamanı avtomat silah aşkar edilərək götürülüb.