29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
10 Dekabr 2024 10:48
10 493
"Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə bağlı yayılan səsyazısı ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb".
APA xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilib.
Bildirilib ki, araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib:
"Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".
"Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə daxil olan valideyn və vətəndaş müraciətləri operativ şəkildə qeydiyyata alınır və həmin müraciətlər əsasında müvafiq yoxlama-nəzarət tədbirləri həyata keçirilir. Təhsil müəssisələrində valideynlərin əlavə tədris materialları almasına təşviq edilməsi, eləcə də müxtəlif sınaq imtahanları üçün məcburi şəkildə hər hansı vəsaitin toplanılması yolverilməzdir. Qeyd edirik ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə təhsil müəssisələrində sistemli və ardıcıl şəkildə yoxlama-nəzarət tədbirləri həyata keçirilir",- deyə məlumatda bildirilib.
Xatırladaq ki, sosial media platformalarında sözügedən məktəbdə şagirdlərə məcburi sınaq imtahanı biletlərinin satışı və pul yığılması ilə bağlı iddialar yayılıb.
28 Avqust 10:48
1 666
25 Avqust 11:15
2 821
25 Avqust 11:13
2 709