19 Oktyabr 16:20
19 Oktyabr 13:34
19 Oktyabr 13:12
16 Yanvar 2025 13:19
10 486
Urmu Şəhər Şurasının qərarı ilə şəhərin qədim məhəllələrində əski türk adları olan lövhələr yerləşdirilməyə başlanılıb.
Gunaz.tv
Urmu Şəhər Şurasının keçirilən son iclasında şəhərin tarixi və mədəni kimliyini qoruyub saxlamaq üçün mühüm qərarlar qəbul edilib. Bu qərarlardan biri də Urmunun tarixi məhəllələri üçün küçələrin tarixi adları olan lövhələrin quraşdırılmasıdır.
İclasda, həmçinin “Əhəndost-Şura-Vərzeş” kəsişmə körpüsünün tikildikdən sonra Azərbaycan musiqisinin böyük simalarından olan Səfiəddin Urməvi şərəfinə adlandırılması qərara alınıb.
Digər mühüm qərar, Salmas yoluna xalq qəhrəmanı Kazım Xan Quşçunun adının verilməsidir. Onun hava limanı meydanında heykəlinin ucaldılması da planlaşdırılır.
Qeyd edək ki, Urmu Bələdiyyəsi də 2014-cü ildə də Urmu şəhərində bəzi küçə və yerlərin türkcə adlarını bərpa etmiş və şəhərin hər yerində bu yerlərin tarixi-türk adları həkk olunmuş lövhələr quraşdırmışdı.
19 Oktyabr 10:59
1 022
14 Oktyabr 12:13
2 394
14 Oktyabr 12:12
2 534