29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
25 Fevral 2025 13:52
10 843
Avropa Çempionlar Liqasının oyunlarının keçirildiyi stadionlarda da Təbriz stadionunundakı ab-havasını görməmişəm.
Gunaz.tv
Bu sözləri Birləşmiş Ərəb Əirliklərinin "Əl-Şarcə" klubunun ruminaliyalı baş məşqçisi kasmin Olariyu deyib.
Onunla yanaşı "Əl-Şarcə"nin bosniyalı yarımmüdafiəçisi Miralem Piyaniç də oxşar fikirlər səsləndirib.
"Təbriz stadionunun ab-havası heyrətamiz idi və mən onları (Traktoru və azarkeşlərini) təbrik edirəm. Ümid edirəm ki, növbəti görüşlərində uğurlu olacaqlar",- o bildirib.
Bir neçə gün əvvəl isə Bəhreynin "Əl-Xalidiyyə" futbol komandasının baş məşqçisi Əli Aşur da "Traxtur"u azarkeşlərinə görə təbrik edib.
"Traxturun baş məşqçisi Draqan Skoçiçi belə azarkeşləri olan bir komandaya başçılıq etdiyi üçün təbrik edirəm. Ümid edirəm ki, mən də bir gün belə azarkeş kütləsi olan bir komandaya baş məşqçi olum",- Aşur bildirib.
Qeyd edək ki, Təbrizin "Traxtur" komandası dünyanın ən çox azarkeşi olan komandaları sırasındadır və Tehranın hökumətin himayəsində olan "Perspolis" komandası bu sahədə Təbriz təmsilçisindən bir neçə dəfə aşağı reytinqə malikdir.
28 Avqust 10:48
1 638
25 Avqust 11:15
2 800
25 Avqust 11:13
2 688