Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb
17 Oktyabr 17:49
17 Oktyabr 17:49
16 Oktyabr 17:33
25 Aprel 2025 11:55
10 556
Urmiya gölündə ekoloji fəlakətin dərinləşməsinə baxmayaraq, gölə axan daha bir çayın qarşısı alınıb.
Gunaz.tv
Bu barədə Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.
Məlumata görə, Urmu gölünə axan Tatau (Siminərud) çayının suyu yeni inşa edilən 6 metr enində kanala yönləndirilib.
Bununlada göl tam qurumasının qarşısını alan az miqdarda su payından da məhrum edilib.
Bu, cari yağış ilində yağıntıların ötən ilin eyni dövrü ilə müqayisədə 33% azalması, Urmu gölünün vəziyyətinin dahada pisləşməsi ilə eyni vaxta təsadüf edir.
Qeyd edək ki, son məlumata görə, göldə ekoloji problem davam edir və son mövsimi yağışlara baxmayaraq, hazırda Urmu gölündə olan su həcmi 1 milyard 340 milyon kubmetrdir.
Bununla yanaşı göldə suyun səviyyəsinin 1270,28, gölün sahəsinin isə 1140 kvadrat kilometr olduğu bildirilib.
Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.
14 Oktyabr 12:13
1 764
14 Oktyabr 12:12
1 841
6 Oktyabr 10:54
3 752