“Vergi və sığorta yükü azalır, vətəndaş qazancda!”
29 Dekabr 22:57
29 Dekabr 22:57
29 Dekabr 22:40
29 Dekabr 21:22
29 Dekabr 21:18
5 May 13:07
9 282
Qərbi Azərbaycanın Urmu şəhərindən olan bloger və sosial media fəalı Puyan Yəzdani hücuma məruz qalıb.
Gunaz.tv
Bu barədə onun yaxınları məlumat yayıb.
Məlumata görə, mayın 3-ü gecə saatlarında o və həyat yoldaşı şəxsi avtomobilləri ilə hərəkət etdiyi zaman 3 avtomobillə onları izləyən bir qrup şəxs blogerə hücum edib.
Puyan Yəzdaninin avtomobilinin şüşələri sındırılıb, ona bədən xəsarətləri yetirilib.
Azərbaycanlı sosial media fəallının kürdəsilli narkobaron Naci Şərifi Zindəşti ilə bağlı tənqidi paylaşımlar etdiyinə görə, Zindəştinin yaxınları tərəfindən hücuma məruz qaldığı bildirilib.
Qeyd edək ki, SEPAH-a yaxınlığı ilə tanınan, keçmiş narkobaron və hazırda "xeyriyyəçi iş adamı" kimi qələmə verilən Naci Şərif Zindəşti həm də kürd silahlı qruplaşmaları ilə əlaqəli şəxs hesab edilir.
Budan əvvəl narkotik maddələrin alveri və qətldə ittiham olunan Zindəşti, bir müddət sonra həbsdən buraxılaraq Türkiyəyə gedib.
Orada əməllərini davam etdirən narkobaron, həm də, Türkiyədə yaşayan Tehran hökumətinin müxaliflərinin oğurlanaraq İrana gətirilməsi ilə məşğul olub.
Bir neçə ağır cinayətdə ittiham edilərək həbs olunan Naci Şərif Zindəşti, sonradan müəmmalı şəkildə Türkiyədə də həbsdən buraxılıb və İrana qayıdaraq, Qərbi azərbaycanda böyük "biznes" şəbəkəsi qurub.
26 Dekabr 14:21
2 772
25 Dekabr 12:09
3 094
25 Dekabr 11:11
3 199