29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
26 May 2025 12:20
8 687
Azərbaycanda tarixi abidələrin və tikililərin dağıdılmasının davam edir, bu dəfə Rəhim Xan Çələbiyanlının Kəleybərdəki tarixi evi dağıdılıb.
Gunaz.tv
Bəzi mütəxəsislər binanın yaşını 9-cu yüzilliyə qədər aparsalar da, fərqli fikirlərə görə, abidə Səfəvilər və ya Elxanilər dövründə ərsəyə gəlib.
Bu tarixi ev Kəleybər bölgəsinin müasir siyasi və ictimai münasibətlərində mühüm rol oynayıb və tarixin bəzi dönəmlərində hərbi qüvvələrin komanda mərkəzi olub.
"Cultural Heritage Watch"ın bildirdiyinə görə, bu tarixi ev Kəleybər Şəhər Şurasının beşinci dövr üzvlərinin səylərindən sonra muzey olmağa namizəd idi, lakin bələdiyyənin onu satın ala bilməməsi səbəbindən bu plan baş tutmayıb.
Məsələ ilə bağlı mədəni fəal Xosrov Sərtipi video müraciət hazırlayaraq abidənin dağıdılmasını tənqid edib:
“Bəzən belə fikirlər yaranır ki, tarixi inkişaf bəhanəsi ilə silmək olar, ancaq tarix inkişafa maneə kimi yox, örnək kimi görülməlidir." - deyə o bildirib.
Qeyd edək ki, Sərdar Nüsrət ləqəbli Rəhim Xan Çələbiyanlı Qaradağ bölgəsinin çağdaş tarixinin görkəmli simalarından biri və Kəleybərdəki Çələbiyanlı elinin elxanı idi. O, Müzəffərəddin şah Qacarın dövründə “Nüsrət əs-Sultan” titulu ilə Soyuqbulağın hakimliyinə təyin edilmiş və Mirpənci rütbəsinə çatdıqdan sonra Azərbaycanın ən nüfuzlu şəxslərindən birinə çevrilmişdir.
28 Avqust 10:48
1 603
25 Avqust 11:15
2 765
25 Avqust 11:13
2 646