“Prosesin real razılaşmaya çevrilməsi konkret addımlarla mümkün olacaq”
Makron: Avropa Ukrayna münaqişəsinin həll prosesində iştirak etməlidir
Kallas NATO xaricində Avropa ordusunun yaradılmasını istisna edib
Deputat Mehriban Vəliyevanın təşəbbüsü ilə Sumqayıtda ödənişsiz hüquqi yardım aksiyası keçirilib
5 İyun 2025 12:50
8 554
İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində itlərin küçədə gəzdirilməsi qadağan edilib.
Gunaz.tv
Bu barədə Şərqi Azərbaycan Prokurorluğu və İnqilab Mərkəzinin əmrində bildirilib.
Qurumun nümayəndəsi Babək Məhbub Əlili deyib ki, ictimai hüquqların bərpası və insanların qanuni maraqlarının təmin edilməsi məqsədilə Təbriz şəhərində, o cümlədən parklarda, ictimai yerlərdə və nəqliyyat vasitələrində itlərin gəzdirilməsi qadağandır.
Onun sözlərinə görə, bu əmrin icrası qanunla izlənəcək: “Bu baxımdan müvafiq orqanlara ictimai yerlərdə və nəqliyyat vasitələrində itlərin gəzdirilməsinin qarşısını almaq üçün tədbirlər görmək tapşırılıb”.
Məhbub Əlili yiyəsiz itlərin səhiyyəyə və cəmiyyətə vurduğu zərər barədə ictimaiyyətdən çoxsaylı şikayətlərin daxil olduğunu qeyd edərək vurğulayıb: “Prokurorluq məsul orqanların hüquqi fəaliyyətinə tam dəstəyini ifadə edir. Bu baxımdan, istənilən fəaliyyətsizlik nəzərdən keçiriləcək”.
Qeyd edək ki, ötən ay ölkənin İsfahan və mərkəzi Urmu şəhəri olan Qərbi Azərbaycan əyalətlərində də itlərin gəzdirilməsi qadağan edilib.