Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb
17 Oktyabr 17:49
17 Oktyabr 17:49
16 Oktyabr 17:33
3 İyul 2025 17:20
6 552
Bu gün Həmədan şəhərində İran məmurlarının öldürdüyü iki gəncin dəfn mərasiminə minlərlə insan qatılıb.
Bu haqda yerli mənbələr məlumat və videolar yayıblar.
Mərasimə qatılanlar hökumət əleyhinə şüarlar ssləndirib, gənclərin ölümündə günahkar olanların cəzalandırıılmalarını istəyiblər.
Qeyd edək ki, iyunun 1- axşam saatlarında SEPAH-a bağlı yarım hərbi "Bəsic" qüvvələrinin üzvləri Həmədan əyalətinin "Tarikdərə" bölgəsində üç gəncə atəş açıb, onlardan ikisi yerindəcə həlak olub.
Məlumata görə, təbiət gəzintisinə çıxan 3 gənc "Bəsic" qüvvələrinin özbaşına qurduqları yoxlama postunda saxlanılıb. Buna etiraz edən gənclərə atəş açılıb, nəticədə Mehdi Əbayi və Əlirza Kərbasi adlı gənclər güllələnərək öldürülüb, üçüncü gənc isə ağır yaralanıb.
"Bəsic" qüvvələri öldürülən gənclərin avtomobilində dronların olduğunu iddia etsə də, bu təsdiq olunmayıb.
Etirazların artmasından sonra isə Həmədan Prokurorluğu məsələnin araşdırılması ilə bağlı işlər aparıldığını deyib.
GünazTV
14 Oktyabr 12:13
1 729
14 Oktyabr 12:12
1 806
6 Oktyabr 10:54
3 717