Təbrizdə əfqanistanlı qaçqınlar saxlanılıb Güney Azərbaycan

Təbrizdə əfqanistanlı qaçqınlar saxlanılıb

İranda əfqanistanlılara təzyiqlərin artması və onların deportasiyasının sürətləndiyi bir vaxtda Təbrizdə də onlarla əfqanistanlı həbs edilib.

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə son 4 ay ərzində Təbrizdə 100 Əfqanistan vətəndaşı saxlanılaraq ölkədən çıxarılmaları üçün əlaqədar qurumlara təhvil verilib.

Qeyd edək ki, İsran-İsrail münaqişəsindən sonra İranda yaşayan 300 mindən çox əfqanistanlı qaçqın bu ölkədən qovulub və deportasiya prossesi hələdə davam edir.

Cari ildə İrandan qovulan əfqanistanlı qaçqınların sayı isə 800 minə çatıb.

Bu, beynəlxalq insan haqları təşkilatlarının etirazlarına səbəb olub, onlar Tehan hökumətinin bu hərəkətini faşizmin təzahürü adlandırıblar.

GünazTV