Nasir Həşmətinin həbs müddəti bir həftə uzadılıb Güney Azərbaycan

Nasir Həşmətinin həbs müddəti bir həftə uzadılıb

Ailəsi Qərbi Azərbaycanın Qoşaçay (Miandoab) İnqilab Məhkəməsini ziyarət etdikdən sonra Nasir Həşmətinin həbs müddətinin bir həftə uzadıdığını öyrənib.

Gunaz.tv

Nasir Həşməti 26 iyul 2025-cü il şənbə günü Qoşaçay şəhərinin Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən iş yerində tutularaq naməlum yerə aparılıb. Həbs zamanı agentlər bu azərbaycanlı fəalı döyüb, onun noutbukunu və telefonunu əlindən alıblar.

Bundan başqa, onun qardaşı Nasir Həşmətinin vəziyyəti ilə tanış olmaq üçün Qoşaçayın Kəşfiyyat İdarəsinə gedərkən onu şiddətlə döyüb və bir neçə saat həbsdə saxlayıblar.

Qeyd edək ki, nasir Həşməti yaxın zamanlarda bel sümüyü diskindən əməliyyat olunduğu üçün ona çox gəzmək və oturmaq olmaz.

Son günlər Urmu gölünün qəsdən qurudulmasına qarşı həssaslıq və etirazlar artdıqca, İran rejimi tərəfindən Güney Azərbaycanda siyasi və milli fəalların həbsləri də güclənib.