16 Oktyabr 17:33
12 Avqust 2025 12:07
7 413
Təbrizli təqaüdçülər iki ay fasilədən sonra yenidən etiraz eyləmi keçiriblər
Gunaz.tv
İran Telekommunikasiya Şirkətinin təbrizli təqaüdçüləri avqustun 11-də yenidən ənənəvi etiraz eyləmi keçiriblər.
Məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.
Qeyd edək ki, təqaüdçülər 3 ildən çoxdur eyni tələblərlə eyləm keçirmələrinə baxmayaraq onların problemləri həll olunmamış qalır.
14 Oktyabr 12:13
1 652
14 Oktyabr 12:12
1 708
6 Oktyabr 10:54
3 647