

19 Avqust 19:07
19 Avqust 18:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Təbriz Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları "Tanrıya" adına doğum haqqında şəhadətnamə verməkdən imtina edirlər.
Gunaz.tv
Bu barədə uşağın atası Hadi Əlipur Balamın Adı kampaniyasına danışıb.
"Oğlumuz 2025-cü il iyunun 8-də dünyaya gəlib və biz onun üçün "Tanrıya" adını seçmişik. Adın mənası "Allah doğru" və ya "Allah üçün" deməkdir. Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin rəsmiləri bizə bu adın türk adı olduğunu və sistemdə olmadığı üçün ona sənəd verilə bilməyəcəyini bildirdilər. Onlar bu ada doğum haqqında şəhadətnamənin yalnız məhkəmə qərarı ilə verilə biləcəyini dedilər. Biz məsələ ilə bağlı məhkəməyə müraciət etsək də onlar bizim əlehimizə qərar verdilər. Biz məhkəmənin qərarı ilə razılaşmayıb apelyasiyaya müraciət etdik və indi hakimin qərarını gözləyirik. Artıq 71 gündür ki, körpəmizin doğum haqqında şəhadətnaməsi yoxdur və biz bir çox problemlərlə üzləşmişik." - deyə uşağın atası bildirib.
Ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.