29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
22 Avqust 2025 14:10
6 055
Ərdəbildə tarixi abidələr nizamsız şəkildə, mədəni quruluşu dəyişdirilərək bərpa edilir. Bütün bunların fonunda Mədəni irs fəalları tarixi abidələrin və binaların dağıdılmasına etirazlarını davam etdirirlər.
Gunaz.tv
Azərbaycanın müxtəlif bölgələrində tarixi abidələr ya tamamilə məhv olmaq ərəfəsindədir, ya da mədəni irs rəsmilərinin və digər aidiyyəti qurumların səhlənkarlığı ucbatından dağıdılıb.
“Abbas Lisani Məlumat Səhifəsi”nin mədəni irs fəallarına istinadən verdiyi xəbərə görə, Ərdəbil tarixi bazar kompleksinin müxtəlif yerlərində aparılan əsassız bərpa işləri bu tarixi abidənin tarixi orijinallığını itirməsinə səbəb olub.
Müvafiq qurum və mühafizəçilərin nəzarəti olmadığından podratçılar işi orijinallığını qoruyaraq gücləndirmək əvəzinə daş bünövrələri, taxta sütunları, naxışlı tağları dəmir tirlərlə əvəzləyiblər.
Bu tarixi bazarın əsas hissələri olan Zəncərli Sarayı və İmam Cümə Sarayı gözəl və naxışlı tağları, daş və taxta altlıqları podratçılar tərəfindən prinsipsiz şəkildə bərpa edilməzdən əvvəl yoldan keçən hər bir insanın gözünü qamaşdırırdı. Zəncərli sarayı Səfəvilər dövründə karvansara kimi istifadə edilmiş, Qacarlar dövründə isə ticarət evinə çevrilmişdir.
Məsələ ilə bağlı Ərdəbildə mədəni irs fəalı Həmid Əbi Turabi avqustun 19-də İLNA Xəbər Agentliyinəmüsahibə d\verib.
"Bərpa planları həyata keçirilməmişdən əvvəl Zəncərli Sarayı daş altlıqlı, taxta sütunlu və naxışlı tağı olan iki mərtəbəyə malik idi. Bərpadan sonra daş altlıqlar və taxta sütunlar tamamilə dağıdılaraq dəmir tirlərlə əvəz edilmiş, naxışlı tağ isə tamamilə dağılmışdır." - deyə o bildirib.
Mədəniyyət fəalları və Ərdəbildə tarixi abidələrin və irsin qorunub saxlanmasından narahat olanlar dəfələrlə tarixi evlərin və tikililərin qorunub saxlanılmasının vacibliyini vurğulayaraq, hakimiyyətin biganəliyinə etiraz ediblər. Ancaq hələ də Vəkil evi, İsmail bəy tarixi evi, Vahabzadə tarixi evi, Mənsuri evi, tarixi hamam və digər tikililərin dağıdılmasının şahidi oluruq.
Azərbaycan tarixini, mədəniyyətini, kimliyini məhv etmək, silmək siyasəti İranda Pəhləvi rejimindən bəri davam edir və İslam Respublikasında irqçi cərəyanların təsiri ilə bu siyasətlər anti-türk abhavası ilə davam etdirilir.
28 Avqust 10:48
1 575
25 Avqust 11:15
2 730
25 Avqust 11:13
2 611