29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
4 Sentyabr 2025 11:29
5 747
Urmu gölünün quruması ilə İranda Azərbaycan xalqını qəbul edə biləcək bir yer yoxdur.
Gunaz.tv
Bunu Tehran Universitetinin Su İnstitutunun direktoru Bənövşə Zəhrai deyib.
"Urmu gölü quruması, təkcə duz fırtınaları və əkinçilik sahələrinin məhv olması ilə nəticələnmir, həm də, bölgə əhalisi arasında qorxulu xəstəliklərin, o cümlədən xərçəng xəstəliyinin artmasına səbəb olur",- o xəbərdarlıq edib.
Zəhrai, gölün qurumasının Qərbi və Şərqi Azərbaycan əyalətlərində temperaturun bir neçə dərəcə artmasına da səbəb olduğunu söyləyib:
"Belə ki, bu il Təbrizdə isti günlərin orta temperaturu əvvəlki illərlə müqayisədə iki dərəcə yüksək olub".
Tehran Universitetinin Su İnstitutunun direktoru Aral dənizinin qurumasının fəsadlarından əldə edilən təcrübəyə diqqət çəkib və Urmu gölünün qurumasının da iki Azərbaycan əyalətində misli görünməmiş fəlakətə səbəb olacağı barədə xəbərdarlıq edib:
"Əgər Urmu gölü də regionda həddindən artıq kənd təsərrüfatı istehsalı səbəbindən Aral gölü kimi faciəli aqibətə düçar olsa, bunun nəticəsində bütün Qərbi və Şərqi Azərbaycan əyalətləri məhv olacaq".
28 Avqust 10:48
1 561
25 Avqust 11:15
2 723
25 Avqust 11:13
2 597