

Təmirlə bağlı Azadlıq meydanının qarşısında hərəkət məhdudlaşdırılacaq
Qazaxıstan Prezidenti: Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır
Qazaxıstan taxılının Azərbaycandan keçməklə Ermənistana hansı marşrutla aparılacağı məlum olub
Taraz və Qazax şəhərləri arasında qardaşlaşma münasibətləri qurulub
Qərbi Azərbaycanda 140 ton xalis qızıl aşkar edilib.
Gunaz.tv
Qərbi Azərbaycanın Sənaye, Mədən və Ticarət Baş İdarəsinin rəisi Səxavət Xeyrxah bildirib ki, kəşfiyyat araşdırmalarına görə, vilayətin 54 milyon tondan çox qızıl filizi var ki, bu da 140 ton xalis qızıla bərabərdir.
Onun sözlərinə görə, bu ehtiyatlar ən azı yaxın 70 il ərzində ölkənin (İranın) qızıla olan ehtiyacını ödəyə bilər.
“Abbas Lisani İnfomasiya səhifəsinin texniki hesabatlara əsasən verdiyi məlumata görə, bu ehtiyatların dəyəri 17 milyard dollardan çox qiymətləndirilir.
Hazırda Qərbi Azərbaycanda səkkiz rəsmi lisenziyalı qızıl mədəni var: üç aktiv mədən (Zərşuran, Ağdərə və Rəbət mədənləri), kəşfiyyat sertifikatı olan üç mədən (Xarape, Ərəbşah, Al Quyun) və hazırda araşdırma aparılan 2 məfəm (Gəndoman və Zavəkuh).
Qərbi Azərbaycan əyaləti Yaxın Şərqin mühüm qızıl hasil edən bölgələrindən biri olsa da, bu nəhəng sərvət əsasən mərkəzi xəzinəyə ötürülür və Güney Azərbaycan türk xalqı bundan heç bir fayda görmür.