29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
8 Sentyabr 2025 12:57
5 432
Təbrizdə “Domrul” tamaşası nümayiş olunacaq, ancaq oğlum 6 ildir ki, bu ada doğum haqqında şəhadətnamə ala bilmir.
Gunaz.tv
Bu barədə Azərbaycanlı ana Nahid Məhəmmədi Balamın Adı kampaniyasına danışıb.
Qeyd edək ki, Təbriz Vətəndaşlıq Qeydiyyatı İdarəsi təbrizli ailənin Domrul və Yaradan adlı iki övladına doğum haqqında şəhadətnamə verməkdən imtina edir; idarə Domrulu 6 il, Yaradanı isə 4 il şəxsiyyət vəsiqəsi olmadan saxlayıb.
"Birinci oğlumuz 2020-ci ilin yanvar ayında dünyaya gəlib və biz onun üçün Domrul adını seçmişik. Domrul məşhur Dedə Qorqud hekayəsinin əfsanəvi qəhrəmanının adıdır. Təbrizdə “Domrul” teatr tamaşası səhnəyə qoyulsa da elə həmin şəhərdə Vətəndaşlıq Dairəsi 6 ildir ki, oğlumu şəxsiyyət vəsiqəsi almaq hüququndan məhrum edib. Bu nə ziddiyyətdir? Niyə fars öz övladı üçün Təhmətan, Cəmasəb, Löhrəsb, Güştasb kimi mifik adlarını seçə bilər, amma bir türkün belə haqqı yoxdurmu?!" - deyə Məhəmmədi bildirib.
Ana ikinci, Yaradan adlı oğlunun 2021-ci ilin mart ayında dünyaya gəldiyini və Vətəndaşlıq Qeydiyyatı İdarəsinin bu ada da oğum haqqında şəhadətnamə verməkdən imtina etdiyini qeyd edib.
28 Avqust 10:48
1 561
25 Avqust 11:15
2 723
25 Avqust 11:13
2 597