29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
28 Oktyabr 2025 11:43
7 357
6 aylıq hüquqi mübarizədən sonra Azərbaycanlı ailə Culfa şəhər qeydiyyat idarəsini "Alaz" adına doğum haqqında şəhadətnamə verməyə məcbur edə bilib.
Gunaz.tv
Culfa sülh məhkəməsi qərarında vurğulanıb ki, icma mədəniyyətinə uyğun olaraq ad seçmək hər bir vətəndaşın hüququdur.
Bununla bağlı uşağın babası Qulu Əbdilzadə Balamın Adı kampaniyasına məlumat verib.
"Nəvəm 2025-ci ilin 16 aprel tarixində anadan olub və biz türk dilində "od alovu" mənasını verən "Alaz" adını seçdik. Ancaq qeydiyyat idarəsi rəsmiləri bu adın ad seçim sistemində olmadığını bəhanə edərək doğum haqqında şəhadətnamə verməkdən imtina etdilər. Biz idarənin qərarından məhkəməyə şikayət etdik, bundan sonra Culfa Baş Məhkəməsinin 2-ci şöbəsi 21 may tarixində bizim xeyrimizə qərar versə də qeydiyyat idarəsi məhkəmənin qərarına etiraz edərək doğum haqqında şəhadətnamənin verilməsini 5 ay gecikdirdi. Qeydiyyat idarəsinin apelyasiya şikayəti Təbriz Apelyasiya Məhkəməsi tərəfindən rədd edildikdən sonra, Culfa Sülh Məhkəməsi 8 oktyabrda qeydiyyat idarəsinə Alaz adına doğum haqqında şəhadətnamə verməyi əmr etdi."
Qeyd edək ki, İranda mövcud qaydalara görə, doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, o cümlədən, peyvənd, süd tozu payından yararlana bilmirlər. Nəticədə ailələr bütün bu xərcləri öz ciblərindən qarşılamaq məcburiyyətində qalırlar. Bu da indiki sosial şəraitdə ailələri olduqca böyük çətinliklərə salır. Bundan başqa, bir çox hallarda xəstəxanalar da sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə rejim bu məhdudlaşdırıcı təzyiq vasitələrindən istifadə edərək ana-ataları uşaqlarına türk olmayan adlar seçməyə yönləndirməyə çalışır.
28 Avqust 10:48
1 540
25 Avqust 11:15
2 702
25 Avqust 11:13
2 569