29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
5 Dekabr 2025 11:57
5 355
Urmiyə gölünün bərpası ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlığın nəzərdən keçirilməsi üçün keçirilən seminarda Qərbi Azərbaycan valisi Rza Rəhmani gölün vəziyyətinin artıq xəbərdarlıq mərhələsini keçdiyini və yalnız proqramların əlaqələndirilmiş və şəffaf şəkildə həyata keçirilməsi ilə onun bərpasına ümid ola biləcəyini vurğulayıb.
Gunaz.tv
Bu barədə İRNA məlumat yayıb.
"Kənd təsərrüfatı sektoru hələ də hövzədə suyun əsas istehlakçısıdır və istehlakda ciddi azalma olmadan heç bir plan uğurlu olmayacaq." - deyə Rza Rəhmani bildirib.
Urmiya Universitetinin və yerli mütəxəssislərin potensialına toxunan Rəhmani əlavə edib ki, bu elmi kompleks bərpa layihələrində daha vacib rol oynaya bilər, lakin illərdir qərarların mühüm bir hissəsi regionun real imkanlarından uzaq qəbul edilib.
Şərqi Azərbaycan valisinin sözlərinə görə, reabilitasiya qərargahı texniki cəhətdən planları həyata keçirməyə hazırdır, lakin "maliyyə çatışmazlığı" əsas maneə olaraq qalır. Hökumət maliyyə çatışmazlıqlarını həll edəcəyi bildirsə də bununla bağlı heç bir addım atmayıb.
28 Avqust 10:48
1 526
25 Avqust 11:15
2 688
25 Avqust 11:13
2 555