Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmə zalında həbs olunub
Hakan Fidan: Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişdən məmnunuq
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Şəhidlərimizin övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb
19 Fevral 12:09
11 767
Şərqi Azərbaycan əyalətinin Əhər rayonunun Əncird və Zəndabad kəndlərinin əhalisi ölgədə baş verən ekoloji problem barədə yenidən narahatlıqlarını ifadə edən paylaşımlar ediblər.
Gunaz.tv
Bu barədə onlar sosial mediada məlumat yayıblar.
Məlumata görə, onlar bölgədə fəaliyyət göstərən Əncird mis mədəninin əkin sahələrini məhv etdiyini, su qaynaqlarını çirkləndirdiyini bildirblər.
Kəndlilər bununla yanaşı otlaq sahələrin də qanunsuz mənimsənildiyinə diqqət çəkib və Əncird mədəninin sahəsinin müəyyənləşdirilməsini, kəndlilərə dəyən zərərin ödənilməsini tələb ediblər.
Bununla eyni vaxtda ətraf mühit fəalları da mis mədəninin gölməçələrdə yığılan zəhərli tullantılarının yeraltı və yerüstü su qaynaqlarına sızdığını, əkin sahələri və heyvanları məhv etməklə yanaşı bölgə əhalisinin də həyatına təhlükə törətdiyi barədə xəbərdarlıq ediblər.
Onlar, ekoloj problemin həlli və qanunsuz fəaliyyətlərin qarşısının alınması ilə bağlı rəsmi qurumların qərar çıxarmalarına baxmayaraq, bunun tətbiq edilməməsindən narahatlıqlarını bildiriblər.
Qeyd edək ki, bundan əvvəl də eyni problemə görə bir neçə etiraz aksiyası keçirilsə də, problem həll olunmamış qalıb.
10 İyun 12:53
3 521
1 İyun 11:32
6 979
26 May 10:19
9 135