20 İyul 19:00
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
BMT: Husilərin Səudiyyə Ərəbistanını blokadaya alması regional münaqişəni genişləndirəcək
Messidən məğlubiyyət sonrası ilk paylaşım: Bu yaranın sağalması vaxt aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
Tramp: İran öldürülən hər amerikalı əsgərə görə ağır bədəl ödəyəcək
20 İyul 14:54
1 239
Doqquzuncu aydır Tehranın Evin həbsxanasında saxlanılan Güney azərbaycanlı milli fəal və siyasi məhbus Abbas Lesani vacib dərmanları əldə edə və tibbi xidmətdən istifadə edə bilmir.
Gunaz.tv
Bu barədə insan haqları təşkilatları məlumt yayıb.
Məlumata görə, həbsxananın nevroloqu bel yırtığını müalicə etmək üçün vitaminlər, əlavələr və ağrıkəsicilər təyin edib. Ancaq həbsxana rəsmiləri indiyə qədər bu dərmanları ona tam və düzgün şəkildə çatdırmaqdan imtina ediblər.
Bildirilib ki, həbxana rəhbərliyi siyasi məhbusa istehsal yeri, tarixi və təyinatı məlum olmayan dərmanlardan istifadəni təklif etsə də, Lisani həmin dərmanların qəbul etməyib və və mütəxəssis tərəfindən təyin olunan dərmanların çatdırılmalı olduğunu vurğulayıb.
İnsan haqları təşkilatları bildiriblər ki, bu vəziyyətin davam etməsi, milli fəalın ailəsi və yaxınlarının onun fiziki problemlərinin pisləşməsi ilə bağlı narahatlığını artırıb.
Bununla yanaşı onun qeyri-müəyyən vəziyyətdə saxlanıldığı və bu vasitə ilə ona əlavə təzyiqlər göstərildiyi bildirilib.
Qeyd edək ki, Abbas Lisani, Əli Xeyrucu, Behzad Dəşti və Yusif Kari 2025-ci il noyabrın 11-də Tehranda Evin həbsxanasının qarşısında aclıq aksiyası keçirən azərbaycanlı məhbs fəallara dəstək üçün oturaq aksiya keçirdikləri vaxt həbs ediliblər.
Bir müddət əvvəl Behzad Dəşti və Əli Xeyrcu girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də Abbas Lisani və Yusif kari Evin həbsxanasındakı 209 saylı istintaq təcridxanasına, 2025-ci ilin dekabr ayının 31-də isə həbsxananın 7-ci karantin bölməsinə köçürülüblər.
Onlara qarşı "qanunsuz qrupa üzv olmaq", "ölkənin milli təhlükısizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və "ictimai asayişi pozmaq" ittihamları irəli sürülüb.
Adı çəkilən fəalların hamısı bundan əvvəl də dinc mədəni və milli fəaliyyətlərinə görə bir neçə dəfə həbs olunublar.
20 İyul 14:56
1 281
20 İyul 14:55
1 120
16 İyul 15:54
2 800