Qərbi Azərbaycanın Bazərqan gömrüyündə tıxac: Yüzlərlə yük maşını sərhəddə qalıb Güney Azərbaycan

Qərbi Azərbaycanın Bazərqan gömrüyündə tıxac: Yüzlərlə yük maşını sərhəddə qalıb

Son həftələr Qərbi Azərbaycan əyalətinin Türkiyə ilə sərhəddində yerləşən Bazərqan gömrüyündə 1200 yük maşını növbəyə dayanıb.

İxracatçılar və iş adamları problemin əsas səbəbinin lazimsız qurumların fəaliyyəti və əlaqədar məsulların yanlış qərarları ilə əlaqələndirib.

Müxtəlif kənd təsərrüfatı malları və neft-kimya məhsulları ixrac etdiklərini bildirən, uzun müddətdir gömrük məntəqəsində qalan yüklər üçün gündəlik 200 dollar ödədiklərini vurğulayan iş adamları xeyli zərər düşdüklərini bildiriblər.

“Mehr” xəbər agentliyinin yerli müxbirinə müsahibə verən Qasimi soyadlı ixracatçı İran tərəfinin gömrüyünün fəaliyyətsizliyindən narazılığını ifadə edib.

“Bir yük maşını məhsulu gömrükdən keçirmək üçün 10 günə qədər gözləməli oluruq, bu isə ortalama 1750 avro ziyan deməkdir”-deyə, o, bildirib.

Başqa ixracatçı Zakir Şücai isə bildirib ki, əlaqədar qurumların gömrük məntəqəsində koordinasiya olunmadan işlədiyini və özbaşına fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, əlaqəsiz fəaliyyət əlavə problemlərin yaranmasına səbəb olur.

Şücai eyni halda sürücülər arasında fərq qoyulduğunu bildirib.

"Bəzi sürücülərə bir gündə verilən keçid icazəsi başqa bir sürücüyə 10 gün sonra verilir. Bu prosedurdan baş aça bilmirik"-deyə, o qeyd edib.

Quru Yolları Tranzit İdarəsinin sədr müavini Cavad Hidayəti verdiyi müsahibədə gömrük məntəqəsində problemlərin mövcud olduğunu təsdiq edib.

O, bildirb ki, Türkiyədən İraqın şimalına bir gömrük məntəqəsindən gündə 2500 yük maşını, Gürcüstana isə 3500 yük maşını keçdiyi halda, Bazərqan gömrüyündə bu iş ənənəvi üsulla aparıldığı üçün yük maşınları günlərlə gözləməli olurlar.

مرز اسلام‌ قلعه در افغانستان تا اطلاع ثانوی تعطیل است

C.Hidayəti Bazərqan gömrüyünün sahəsinin 92 hektar olmasına baxmayaraq, səmərəliliyinin çox aşağı olduğunu qeyd edib.

O, yük maşınlarının Avropadan Bazərqan gömrüyünə 5 gündə gəldiyi halda gömrük məntəqəsində 15 gün gözləməli olduqlarını söyləyib.

“İxracat və idaxalat üçün təklif və potensialın yüksək olduğu halda hazırkı idarəçilik sistemi ilə bunu etmək mümkün deyil”-deyə, Cavad Hidayəti gömrük sistemində hökm sürən özbaşınalığa işarə edib.

Gunaz.tv