“Terrora çağıran "hüquq müdafiəçiləri" ifşa olunmalıdır"- Əhməd Obalıdan Sulduz hadisələri ilə bağlı müraciət Güney Azərbaycan

“Terrora çağıran "hüquq müdafiəçiləri" ifşa olunmalıdır"- Əhməd Obalıdan Sulduz hadisələri ilə bağlı müraciət

Avqustun 7-də Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərində bir yerli türk və iki etnik mühacir kürd arasında şəxsi zəmində qarşıdurma baş verib.

Şəxsi zəmində baş verən toqquşmanı milli qarşıdurma kimi qələmə verərək təxribat törətmək istəyən kürd terror qrupları Sulduz və başqa şəhərlərdə yaşayan kürdlərə çağırış ediblər.

Çağırışda xüsusilə gənclərin küçələrə çıxması istənilib. Bundan sonra bir qrup etnik mühacir kürd gənci küçələrə çıxaraq “Nəqədə Kürdüstandır” kimi təxribatçı və bölücü şarlar səsləndiriblər.

Buna cavab olaraq yerli türklər aksiya keçirərək “Bu torpaqdan pay olmaz, Sulduz Kürdüstan olmaz” şüarları səsləndirərək ütnik mühacirləri dağılışmağa məcbur ediblər.

Hadisələr zamanı iki nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlərdən biri şəxsi zəmində baş verən ilk toqquşma zamanı yerli sulduzlu tərəfindən qətlə yetirilib. Başqa biri isə xüsusi polis qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

Məsələ ilə bağlı yerli sulduzlular və Güney Azərbaycan Milli Hərəkatına bağlı qruplar şəxslər bəyanatlarla çıxış ediblər.

"Bu coğrafiyada yaşayan etnik azlıqların və mühacirlərin hüquqlarına hörmətlə yanaşırıq. Bəyan edirik ki, Azərbaycan xalqı öz coğrasiyasında yaşayan bütün azlıqların və etniklərin hüquqlarını tanıyır, onların hamısı ilə sülh və dinc şəraitdə yaşamaq istəyir”-deyə, birgəyaşayış prinsiplərinə sadiq olduqlarını bildiriblər.

Ancaq Güney azərbaycanlıların tolerant yanaşmasına, hadisənin üstündən günlər keçməsinə baxmayaraq, kürd terror təşkilatları sosial media üzərindən təxribatlarını davam etdirirlər.

Bununla bağlı Güney Azərbaycan Televiziyasının (Günaz.TV) rəhbəri Əhməd Obalı özünün "Twitter" hesabında paylaşım edib.

Əhməd Obalı bildirib ki, İran Kürdüstanı Demokrat Partiyasının (İKDP) başçılarından olan Kavə Ahəngəri və “PEJAK” terror qrupu, İKDP-nin tərəfdarlarından sayılan Diako Muradi “insan haqları müdafiəçisi” adı altında təxribatçı çağırışlarını davam etdirir.

“İnsan haqları təşkilatının terroru müdafiə, nifrət və müharibə yaymaq vasitəsinə çevrilməməsi üçün arxada terror tərəfdarı, üzdə isə “insan hüquqları müdafiəçisi" kimi çıxış edənlər ifşa olunmalıdır.

İran Kürdüstanı Demokrat Partiyasının rəhbərlərindən olan Kavə Ahəngəri iki həftə öncə kürdləri iğtişaş törətməyə və türkləri öldürməyə çağırırdı.

Ancaq biz insanları sakitliyə çağırırdıq. İnsan haqları adı altında fəaliyyət göstərən, “PEJAK” terror qrupu və İran Kürdüstanı Demokrat Partiyasının tərəfdarlarından sayılan Diako Muradi, Club Hosedə kürd təşkilatlarının müharibə çağırışlarını dəstəklədi.

İndi nisə mənə qarşı şəxsiyyət terroru ilə məşğuldur”-deyə, Əhməd Obalı özünün "Twitter" hesabında yazıb.

Gunaz.tv