Urmu gölünün su həcmi 1.8 milyard kubmetr azalıb Güney Azərbaycan

Urmu gölünün su həcmi 1.8 milyard kubmetr azalıb

Urmu gölünün su həcmi kəskin azalıb. Bu barədə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yasir Rəhbərdin məlumat verib.

Yasir Rəhbərdin bu gün, 23 avqustda mətbuata verdiyi açıqlamada bildirib ki, Urmu gölünün su gölün səviyyəsi hazırda 1270.80 metrdir. Ötən il bu 1271.36 metr olub. Ötən eyni dövrünə nisbətən su səviyyəsi 56 sm azalıb.

Hal-hazırda gölün sahəsinin 2509 kvm, su həcminin isə 3 milyard 210 milyon kubmetr olduğunu qeyd edib.

Y. Rəhbərdin ötən il Urmu gölündə su həcminin 5 milyard 50 milyon kubmetr olduğuna diqqət çəkərək. bir il ərzində bunun 1 milyard 840 milyon kubmetr azaldığını bildirib.

Regional Su Şirkətinin başçısı cari yağış ilində yağıntıların azaldığını, bunun 295.5 mm olduğunu xatırladaraq, bunun ötən ilin yağış ili ilıə müqayisədə 24.7%, uzun müddətli müqayisədə isə 16.4% azaldığını deyib.

Gunaz.tv