Makron mənə PSJ-də qalmağı tövsiyə edib - Mbappe İdman

Makron mənə PSJ-də qalmağı tövsiyə edib - Mbappe

Fransa Prezidenti Emmanuel Makron PSJ klubunun futbolçusu Kilian Mbappeyə komandada qalmağı tövsiyə edib.

Bu barədə K.Mbappe "Canal+" telekanalının efirində deyib.
"Biz E.Makronla dəfələrlə danışmışıq. Bu, yaxşı məsləhət idi. O, mənim qalmamı istədi və bu, danışıqların bir hissəsi idi. E.Makron futbol haqqında danışdığım bir çox insanlardan biridir", - deyə fransalı hücumçu bildirib.