“Roma” ilk dəfə UEFA Konfrans Liqasının qalibi olub İdman

“Roma” ilk dəfə UEFA Konfrans Liqasının qalibi olub

İtaliyanın “Roma” futbol klubu tarixində ilk dəfə UEFA Konfrans Liqasının qalibi olub.

Finalda “Roma” futbolçuları Niderlandın “Feyenoord” komandasına qalib gəlib – 1:0.

Oyunun yeganə qolunu 32-ci dəqiqədə yarımmüdafiəçi Nikolo Zaniolo vurub.
Oyun Tiranada (Albaniya) keçirilib.