Şahmat üzrə millimiz dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib İdman

Şahmat üzrə millimiz dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirib.

Trend Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığmamız B qrupunun sonuncu - V turunda İsraillə üz-üzə gəlib. Şəhriyar Məmmədyarov və Qədir Hüseynov qələbə qazanıblar. Teymur Rəcəbov məğlub olduğu halda Rauf Məmmədov heç-heçə oynayıb. Yekun hesabda İsrail komandasını 2,5:1,5 hesabı ilə məğlub edən Azərbaycan millisi 7 xalla qrup ikincisi kimi dörddəbir finala yüksəlib.

Azərbaycan millisi növbəti mərhələdə İspaniya kollektivi ilə mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.