27 Yanvar 2023 08:53
12 187
Ağdamın "Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib.
Əlcəzair millisinin sabiq üzvü ilə imzalanmış müqavilənin müddəti hələlik bəlli deyil.
Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib. O, 2016 - 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub.
3 İyun 11:02
1 169
3 İyun 08:07
1 288
2 İyun 13:21
1 659