Danimarka ardıcıl üçüncü dəfə həndbol üzrə dünya çempionatının qalibi olub İdman

Danimarka ardıcıl üçüncü dəfə həndbol üzrə dünya çempionatının qalibi olub

Kişilər arasında həndbol üzrə dünya çempionatının final oyununda Fransa yığmasını 34:29 hesabı ilə məğlub edən Danimarka yığması ardıcıl üçüncü dəfə turnirin qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, üçüncü yer uğrunda görüşdə İspaniya millisi hazırki Avropa çempionu olan İsveç yığmasını 39:36 hesabı ilə məğlub edib.

Beləliklə, Danimarka millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub. Ümumiyyətlə, dünya çempionatında danimarkalılar üç qızıl medalla yanaşı, üç gümüş və bir bürünc medal da qazanıblar. Danimarka yığması dünya çempionatındakı qələbə sayəsində 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qeyd edək ki, kişilər arasında həndbol üzrə dünya çempionatı 28-ci dəfə keçirilib. Turnirə Polşa və İsveç ev sahibliyi edib, final və üçüncü yer uğrunda görüş Stokholmda keçirilib. Yarışda 32 komanda iştirak edib.